Sabah Azərbaycana qış fəsli daxil olacaq

Sabah Azərbaycana qış fəsli daxil olacaq

Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur

 

Sabah Azərbaycana qış fəsli daxil olacaq.

 

AYNA xəbər verir ki, qış fəsli ölkəyə dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da qədəm qoyacaq.

 

Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

 

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

 

Dekabrın 22-də gecə həm də Çillə gecəsidir. Sabahdan etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.

Müəllif: Ayna.az      21 Dekabr 2019 11:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin