Kiyevdə yaşayış binasında güclü yanğın, 2 ölü - FOTOLAR

Kiyevdə yaşayış binasında güclü yanğın, 2 ölü -       FOTOLAR

Yanğının söndürülməsində 27 nəfərdən ibarət canlı qüvvə və 10 texnika iştirak edib

 

Ukraynanın Kiyev şəhərində 16 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

 

 AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, insident Podolsk rayonunun 6-cı Mostitsk massivinin Kvitnevıy döngəsində qeydə alınıb.

 

Yanğın zamanı xilasedicilər 4 nəfəri xilas edib və 15 nəfəri təxliyyə edib. Mənzillərə baxış keçirilən zaman oradan 2 nəfərin meyiti aşkarlanıb.

 

Yanğının söndürülməsində 27 nəfərdən ibarət canlı qüvvə və 10 texnika iştirak edib.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.



 
Müəllif: Ayna.az      21 Dekabr 2019 10:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin