Trampın illik müraciətini edəcəyi tarix açıqlandı

Trampın illik müraciətini edəcəyi tarix açıqlandı

ABŞ Prezidenti Donald Tramp Konqresdə Amerika xalqına “Ölkənin vəziyyəti haqqında” illik müraciətini fevralın 4-də edəcək.

 

AYNA xəbər verir ki, Ağ ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin məhz göstərilən tarixin təklif edildiyi məktubuna cavab verib.

 

Qeyd edək ki, daha əvvəl N.Pelosi “şatdaun” vəziyyəti həll olunana qədər D.Trampın Konqresdə çıxış etməsinə icazə verməyib. Lakin Demokratlar və Prezident Administrasiyası ən azı üç həftə müddətində hökumətin maliyyələşdirilməsini müvəqqəti bərpa etmək barədə razılığa gəldikdən sonra Ağ Evin rəhbəri Konqresə illik müraciətini etmək üçün dəvət alıb

“Şatdaun” dövründə isə Tramp Pelosiya rəsmi səfərləri zamanı hərbi təyyarələrdən istifadəni qadağan etmişdi.

Müəllif: Ayna.az      21 Dekabr 2019 06:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin