Kursantlara döyüş təlimləri keçirilir – FOTO, VİDEO

Kursantlara döyüş təlimləri keçirilir –       FOTO, VİDEO

Onlar hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

 

Gələcək zabitlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      20 Dekabr 2019 18:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin