İlham Əliyev Rusiyaya səfərə gedib

İlham Əliyev Rusiyaya səfərə gedib

Azərbaycan Prezidentinin Sankt-Peterburqda rəsmi qarşılanma mərasimi olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

 

Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az      20 Dekabr 2019 16:44
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin