Səhiyyə Nazirliyi qarşısında aksiya - VİDEO

Səhiyyə Nazirliyi qarşısında aksiya -     VİDEO

Jurnalist Nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib

 

Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. AYNA demokrat.az-a istinadən xəbər verir ki, A.Elgünəş Səhiyyə Nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib.


Jurnalist bildirib ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla danışmaq mümkünsüz hala çevrilib: “O, yalnız bir neçə jurnalistlə işləyir, xəbərləri onlara göndərir. İki dəfədən artıq zəng edəndə “blok”a atır”.
 

A.Elgünəş bu aksiyanı mediaya qapalı olan digər qurumların mətbuat xidmətləri ilə bağlı da davam etdirəcəyini vurğulayıb.

Müəllif: Ayna.az      20 Dekabr 2019 15:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin