“Mələklərin Qurtuluşu”na az qaldı - FOTO

“Mələklərin Qurtuluşu”na az qaldı -     FOTO

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan film çəkilib

 

Bu günlərdə İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilib. AYNA xəbər verir ki, filmi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər  Nazirliyinin (DİN) və DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi ilə çəkib.

 

Filmin layihə rəhbəri və ssenari müəllifi Ramiz Alıyev, qurluşçu rejissoru isə Elvin Rüstəmzədədir. Filmin digər tərəfdaşı “Makmarin” LTD şirkəti, media tərəfdaşı isə Azad Azərbaycan Televiziyasıdır. “Mələklərin Qurtuluşu” adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların daxili orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.

 

Filmin icraçı prodüseri Nicat Həsənzadə, rejissoru Dilarə Vəliyeva, mantaj edən Elgün Xeyrullayev, rejissor asisstenti Anar Kərimli, quruluşçu operatoru Anar Dadaşov, operatoru Sübhan Quluzadədir. Filmdə Xalq artisti Şamil Süleymanlı, Əməkdar artist Gülər Nəbiyeva, aktrisalar Aytac Məmmədova, Sevinc Əliyeva, Gülmirə Fərzəliyeva, Günay Rüstəmli, Vüsalə Sarı, aktyorlar Nicat Həsənzadə, İsmayıl Kərimov, Kamil Nazim, Asiman Ağa və s. rol alıblar.

 

Filimdə baş rol gənc aktrisa Aytac Məmmədovaya həvalə edilib. Filmin çəkilişi “BİZ Group”-a, texniki dəstəyi isə “Baku Art Lab” şirkətinə  məxsusdur. Filmin çəkilişi zamanı dəstək göstərmiş təşkilatlar: “Pulman Hotel”, “Caspian Business Hotel”, “NB Lazur Hospital”, “Cafe Park Restoranlar Şəbəkəsi”, “Best Group Fotostudio”.

 

Qeyd edək ki, film yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      20 Dekabr 2019 14:57
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin