Türkiyəyə qarşı müsəlman-xristian ittifaqı yaradıldı

Türkiyəyə qarşı müsəlman-xristian ittifaqı yaradıldı

Misir, Yunanıstan və Cənubi Kipr Türkiyəyə qarşı mübarizə aparmaq üçün razılığa gəlib

 

Türkiyənin Aralıq dənizindəki hərbi manevrləri Misir və Yunanıstanın sərt reaksiyasına səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Misir, Yunanıstan və Cənubi Kipr Türkiyəyə qarşı mübarizə aparmaq üçün ittifaq bağlayıb.

 

Xarici İşlər nazirləri vasitəsi ilə bir araya gələn ölkələr, Türkiyənin Aralıq dənizi planlarına mane olmaq istiqamətində razılıq əldə edib. Razılığa əsasən, sözügedən ölkələr görüləcək işlərdə ortaq hərəkət edəcək və Türkiyənin regional fəaliyyətlərinə maneə törətməyə çalışacaq.

 

Digər tərəfdən, Cənubi Kipr lideri Nikos Anastasiadis Misir Prezidenti Abdulfəttah əs-Sisi ilə telefon əlaqəsi saxlayıb. Anastasiadis ilə Sisi arasında baş tutan danışıqda Türkiyənin Aralıq dənizindəki həmlələri və Türkiyə ilə Liviya Milli Şurasının sədri arasında imzalanan müqavilənin mövzusu müzakirə edilib. Sisi Anastasiadis ilə bu müqavilələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə razı olduğunu söyləyib.

Müəllif: Ayna.az      20 Dekabr 2019 14:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin