Rusiyada qidadan kütləvi zəhərlənmə

Rusiyada qidadan kütləvi zəhərlənmə

Zəhərlənənlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub

 

Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində 25 nəfər qidadan zəhərlənib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətin regional idarəsinin saytında yazılıb. Zəhərlənənlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlar yapon mətbəxində hazırlanmış məhsulları yedikdən sonra halları pisləşib.

 

Hazırda həmin iaşə obyekti bağlanıb, epidemioloji yoxlamalar aparılır.

Müəllif: Ayna.az      20 Dekabr 2019 05:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin