ABŞ-da qocalar evində atışma: ölən və yaralananlar var

ABŞ-da qocalar evində atışma:     ölən və yaralananlar var

Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb

 

ABŞ-da qocalar evində atışma olub.

 

AYNA xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "The New York Times" qəzeti bildirib. 

 

Qeyd edilir ki, hadisə Rod-Aylend ştatında, Uesterli şəhərindəki qocalar evində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb.

 

Şəhər polisinin məlumatına görə, atəş hadisə qocalar üçün nəzərdə tutulmuş üçmərtəbəli yaşayış kompleksinin ərazisində açılıb. Rod Aylenda Polis İdarəsinin rəisi, polkovnik Ceyms Menni bildirib ki, hadisəni törədən şəxs qaçaraq gizlənib. Onun axtarışları hələ nəticə verməyib.

 

Hadisə ilə bağlı Uesterlidəki bütün məktəblər bağlanılıb.

Müəllif: Ayna.az      20 Dekabr 2019 01:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin