Başçının ardınca daha bir məmur saxlanılıb

Başçının ardınca daha bir məmur saxlanılıb

RİH başçısının humanitar məsələlər üzrə müavini saxlanılaraq Bakıya gətirilib

 

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.

 

Məlumata görə, onlar dekabrın 18-i gecə tutularaq Bakıya gətiriliblər, evlərində isə axtarış aparılıb. Hər iki şəxsin külli miqdarda rüşvətə görə saxlanıldığı deyilir.

BakuPost xəbər verir ki, Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb. Məlumata görə, RİH başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Müəllif: Ayna.az      19 Dekabr 2019 15:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin