Bakı-Sumqayıt yolunda ağır qəza

Bakı-Sumqayıt yolunda ağır qəza

Yaralıların vəziyyətləri orta ağır kimi qiymətləndirilir

 

Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu barədə saat 13:47-də Təcili Tibbi Yardıma (TTY) məlumat daxil olub. Hadisə yerinə Təcili Yardım briqadaları yollanıb.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 3 qadın Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

 

Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər.

 

Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək.

Müəllif: Ayna.az      19 Dekabr 2019 15:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin