Meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

Meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib

Ştatda paytaxt Sidney və bir çox aparıcı şəhərlər yerləşir

 

Avstraliyanın Yeni Cənubi Uels Ştatının Baş Naziri Qladis Beredgiklian ştatda fövqəladə vəziyyət elan edib. AYNA xarici mətbuata əsasən xəbər verir ki, yeddi günlük vəziyyət vilayətdə baş verən meşə yanğınları ilə bağlıdır.

 

Ştatda paytaxt Sidney və bir çox aparıcı şəhərlər yerləşdiyindən, əhalisi də çoxdur, bu səbəbdən fövqəaldə vəziyyət elan olunması vacib sayılıb.

 

Qeyd edək ki, hər il bu mövsümdə meşə yanğınlarına məruz qalan ştatda il ərzində artıq ikinci dəfədir ki, fövqəladə vəziyyət elan olunur. Artıq yanğınlar nəticəsində ölüm halları da baş verib, təqribən milyon hektardan çox meşə massivi məhv olub. Həmçinin koalanın vətəni olan meşələrdə heyvanların yem bazası da sıradan çıxıb.

Müəllif: Ayna.az      19 Dekabr 2019 20:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin