Azərbaycanda icra başçısı tutulub

Azərbaycanda icra başçısı tutulub

Onun külli miqdarda rüşvətə görə saxlanıldığı deyilir

 

Azərbaycanda icra hakimiyyətinin başçısı saxlanılıb. AYNA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.

 

Məlumata görə, onlar dekabrın 18-i gecə tutularaq Bakıya gətiriliblər, evlərində isə axtarış aparılıb. Hər iki şəxsin külli miqdarda rüşvətə görə saxlanıldığı deyilir.

 

Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.

Müəllif: Ayna.az      19 Dekabr 2019 13:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin