Balakəndə silahlı insident: 5 nəfər xəstəxanalıq olub

Balakəndə silahlı insident: 5 nəfər xəstəxanalıq olub

Yaralılardan biri reanimasiya, üçü isə cərrahiyyə şöbəsinə yerləşdirilib

 

Balakən rayonunun Yeni Şərif kəndində silahlı insident baş verib. Bununla bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX), 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

 

39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil kimi qiymətləndirilir.

 

1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.

Müəllif: Ayna.az      19 Dekabr 2019 12:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin