Rəsmi açıqlama: “Əhalinin təşvişinə ehtiyac yoxdur”

Rəsmi açıqlama: “Əhalinin təşvişinə ehtiyac yoxdur”

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb

 

Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir. AYNA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: “Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir”.

 

“Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”, - ETSN rəsmisi bildirib.

 

U.Tağıyeva xüsusi diqqətə çatdırıb ki, əhali narahat olmasın, müşahidə olunan duman smoq deyil.

Müəllif: Ayna.az      19 Dekabr 2019 10:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin