Moralesin həbsinə order verilib

Moralesin həbsinə order verilib

Morales üsyana və terrora təhrik etməkdə günahlandırılır

 

Boliviyanın Baş Prokurorluğu keçmiş prezident Evo Moralesin həbsi haqda order çıxarıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Naziri Arturo Murilyo Tvitter hesabında yazıb. Orderdə qərarın Moralesə qarşı açılmış cinayət işinin gedişində qəbul olunduğu göstərilib. Morales üsyana və terrora təhrik etməkdə günahlandırılır.

 

Qeyd edək ki, Evo Morales Meksikadan sığınacaq alsa da, hazırda qaçqın kimi Argentinadadır.

Müəllif: Ayna.az      19 Dekabr 2019 01:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin