Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı

Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı

Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb

 

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə Cənub küçəsində qeydə alınıb. 16 yaşlı Mirzəyeva Fidan Əbilfəz qızı yaşadığı evdə əmisi ilə mübahisə edib. Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb.

 

Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      19 Dekabr 2019 00:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin