Daha bir ölkə Avropa İttifaqından çıxa bilər

Daha bir ölkə Avropa İttifaqından çıxa bilər

"Bu qanun layihəsi Polşa Konstitusiyasına ziddir”

 

Polşa Ali Məhkəməsi məhkəmə sistemi haqqında yeni qanun layihəsinin hakimlərin müstəqilliyini təhdid etdiyini bildirərək, layihə qəbul ediləcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxmalı olacağını bəyan edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə hakim Hüquq və Ədalət Partiyasının parlamentə təqdim etdiyi və sabah müzakirə olunacaq “siyasi fəaliyyət göstərən hakimlərin cəzalandırılması” və “Ali Məhkəmə sədrinin seçki müddətinin dəyişdirilməsi”ni nəzərdə tutan layihələrlə bağlı açıqlama yayıb. Açıqlamada hakimlərin müstəqilliyini ciddi şəkildə təhdid edən bu qanun layihəsinin hökumətlə həmfikir olmayan hakimlərin vəzifədən kənarlaşdırılmasına səbəb olacağı bildirilib. Layihə təsdiqlənərsə, ölkənin Aİ-dən çıxmalı olduğu ilə bağlı xəbərdarlıq edilib.

 

Ali Məhkəmənin mətbuat katibi Mişal Laskovski mətbuata açıqlamasında “Bu qanun layihəsi Polşa Konstitusiyasına ziddir” deyib.

 

Avropa Xalq Partiyasının sədri Donald Task isə sosial şəbəkə vasitəsilə polşalıları etirazlara çağırıb.

Müəllif: Ayna.az      18 Dekabr 2019 21:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin