Sabah işıqlar sönəcək – XƏBƏRDARLIQ

Sabah işıqlar sönəcək –     XƏBƏRDARLIQ

Bəzi ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli fasilə yaranacaq

 

Dekabrın 19-da Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilə yaranacaq. Bu barədə AYNA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sabah saat 11:30-dan 14:00-dək Abşeron rayonu Saray qəsəbəsinin bəzi əraziləri (badam bağları), Novxanı ərazisinin bir hissəsində elektrik enerjisi təchizatında qısamüddətli fasilə yaranacaq.

 

Fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq "Saray 3" və "Saray 8" xətlərində aparılan yenidənqurma işləridir.

Müəllif: Ayna.az      18 Dekabr 2019 18:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin