Milli Məclisin deputatı xəstəxanalıq oldu

Milli Məclisin deputatı xəstəxanalıq oldu

Araz Əlizadənin səhhəti böyrəyindəki problemlə əlaqədar pisləşib

 

Qanunvericilik fəaliyyətini dayandırmış Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə xəstəxanaya yerləşdirilib.

 

AYNA bu barədə BakuPost-a istinadən xəbər verir. Məlumata görə, Araz Əlizadənin səhhəti böyrəyindəki problemlə əlaqədar pisləşib.

APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib. Deputatın müalicəsi  hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

 

Məlumatı “Caspian International Hospital”dan təsdiqləyiblər.

Müəllif: Ayna.az      18 Dekabr 2019 18:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin