Azərbaycanda hər 100 nəfərdən 30-u maaş alır

Azərbaycanda hər 100 nəfərdən 30-u maaş alır

Əhalinin gəlirlərinin, ən yaxşı halda 25-30 faizi maaşlardan formalaşır

 

Dövlət Statistika Komitəsi 11 aylıq sosial-iqtisadi inkişaf statisitkasını açıqlayıb. Nəzərə alsaq ki, fövqaladə hallar istisna olmaqla son 1 ay illik iqtisadi göstəricilərə ciddi təsir etmir, ilin mənzərəsi aşağı-yuxarı bəllidir.

 

Bu statistikada diqqəti çəkən məqamlardan biri əhalinin real gəlilərinin artımı ilə bağlıdır. Deməli, rəsmi statistikaya görə, 2015-ci ilin ağır sosial-iqtisadi böhranından sonra əhalinin real gəlirlərinin ən aşağı artım tempi 2019-cu ildə qeydə alınır. Baxmayaraq ki, real əməkhaqqının ən yüksək artım tempi də məhz 2019-cu ilə tasadüf edir.

 

Əhalinin real gəlirlərinin artımı 2016-cı ildə 8.2%, 2017-ci ildə 8.9%, 2018-ci ildə 9.2% artdığı halda, 2019-cu ilin 11 ayının yekunlarına görə 4.8% təşkil edir. Və həmçinin qeyri-neft ÜDM-nin də real artım tempinin 2015-ci ildən sonra ən yüksək səviyyəsi bu ilə təsadüf edir.

 

Əməkhaqqının artım tempinin əhalinin ümumi gəlirlərinin artım tempi ilə sinxronluq təşkil etməməsinin əsas səbəbi odur ki, Azərbaycanda əhalinin gəlirlərinin, ən yaxşı halda 25-30%-i maaşlardan formalaşır. Məşğul əhalinin, ən yaxşı halda hər 100 nəfərindən 30-32 nəfəri əməkhaqqı alan insanlardır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      18 Dekabr 2019 16:58
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin