Avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Faktla bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

 

Lerik rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini M.Qurbanovun idarə etdiyi “Kia” markalı avtomobil körpüdən çaya aşıb. Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.

 

Hazırda faktla bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      18 Dekabr 2019 11:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin