Fransada yarım milyonluq etiraz aksiyası

Fransada yarım milyonluq etiraz aksiyası

Parisdə etirazçıların sayı 350 min olub

 

Fransada təqaüd islahatları əleyhinə keçirilən etiraz aksiyasına 435 mindən çox insan qoşulub.

 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, yalnız Parisdə etirazçıların sayı 350 min olub. Dekabrın 17-də keçirilən aksiyada dəmiryol və tibb işçiləri, müəllimlər, dövlət qulluqçuları, vəkillər və digər peşə sahibləri iştirak edib.

 


İslahat layihəsinə əsasən, təqaüd yaşı dəyişməz olaraq qalacaq (62 yaş), lakin əgər əməkdaş təqaüdə 64 yaşında çıxacaqsa, ödənişlər az olacaq.

 

Nümayiş ərəfəsində qalmaqaldan sonra təqaüd islahatına cavabdeh olan məmur Jan-Pol Delevuda istefa verib.

Müəllif: Ayna.az      18 Dekabr 2019 08:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin