Gürcüstanın baş naziri şüşə divara çırpılıb - VİDEO

Gürcüstanın baş naziri şüşə divara çırpılıb -       VİDEO

Giorgi Qaxaria şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb

 

Tbilisidə bu gün keçirilən Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında kuryoz hadisə yaşanıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Gürcüstanın baş naziri Giorgi Qaxaria toplantı zalını tərk etmək istəyib.

 

Bu zaman o, şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb. Jurnalistlərin bu hadisəni müşahidə etməsini görən hökumət başçısı gülümsəyib.

Müəllif: Ayna.az      18 Dekabr 2019 01:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin