ABŞ-da kazinoda atışma: üç nəfər ölüb

ABŞ-da kazinoda atışma:     üç nəfər ölüb

Təcili tibbi yardım işçiləri üç nəfərin cəsədini aşkar ediblər

 

ABŞ-da kazinoda baş verən atışmada üç nəfər ölüb.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, hadisə Qreyt-Fols (Montana ştatı) şəhərində baş verib.

 

“Emerald Casino”da baş verən silahlı insidentlə bağlı hadisə yerinə çağırılan təcili tibbi yardım işçiləri üç nəfərin cəsədini aşkar ediblər. Daha sonra xəstəxanada silahlı insident zamanı yaralanan daha bir nəfər tapılıb.

 

Polis hadisəni törədən şəxsin kimliyini müəyyən edərək onun saxlanılması istiqamətində əməliyyat həyata keçirib. Lakin, adı açıqlanmayan şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Müəllif: Ayna.az      18 Dekabr 2019 00:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin