Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

On birinci sessiya 2019-cu il dekabrın 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.

 

AYNA-nın məlumatına görə, bu barədə müvafiq qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də imzalayıb.

 

Sərəncamla beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2019-cu il dekabrın 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

 

Sessiyanın müzakirəsinə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı və Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi məsələləri daxildir. 

 

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunublar.

Müəllif: Ayna.az      17 Dekabr 2019 21:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin