Masazırda taksi sürücüləri yarışır – VİDEO

Masazırda taksi sürücüləri yarışır –     VİDEO

Bir-birini keçməyə çalışan iki taksi sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb

 

Təhlükəli şəkildə qayda pozaraq özbaşnalıq edən taksi sürücüləri barədə dəfələrlə şikayətlər yayılır. AYNA xəbər verir ki, oxuculardan biri Masazır qəsəbəsində yarışan iki taksi sürücüsünün videogörüntüsünü avtosfer.az-a göndərib.

 

Hadisə dekabrın 17-də Masazır qəsəbəsində qeydə alınıb. Bir-birini keçməyə çalışan iki taksi sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb.

 

Onlar yüksək sürətlə hərəkət edərək əks istiqamətə çıxıblar. Hətta arxadan gələn avtomobilin qeydiyyat nişanının hər ikisi çıxarılıb.

 

Görüntünü təqdim edirik:

Müəllif: Ayna.az      17 Dekabr 2019 19:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin