Qalaktikada "Məhsəti" ulduzu parlayacaq

Qalaktikada "Məhsəti" ulduzu parlayacaq

Qalaktikada bir ulduz və ekzoplanetə “Məhsəti” və “Gəncə” adları verilib

 

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

 

AYNA-ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli Kordinatorlar tərəfindən müsabiqə təşkil edilib, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub.

 

Səsvermənin nəticələrinə əsasən, 3 ən çox səs toplamış təklif dəyərləndirilməsi üçün BAİ-na təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780000 həvəskar və peşəkar astronom iştirak edib.

 

Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib.

Müəllif: Ayna.az      17 Dekabr 2019 19:13
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin