Antibiotiklərlə bağlı həyəcan siqnalı

Antibiotiklərlə bağlı həyəcan siqnalı

Alimlər xəbərdarlıq edir

 

Qripin ilk əlamətləri ortaya çıxanda antibiotik qəbul etmək yüngül xəstəliyin ölümcül hala gəlməsinə səbəb ola bilər. AYNA xarici mediaya mediaya istinadən xəbər verir ki, bu barədə Londondakı "Frensis Krik" İnstitutunun tədqiqatçıları məlumat veriblər.

 

Qrip virusuna yoluxdurulmuş siçanlar üzərində aparılan testlər göstərib ki, antibiotiklə müalicəsi olunan siçanların ölüm riski digərlərindən üç dəfə çoxdur. Belə ki, antibiotik verilmiş siçanların ancaq üçdə biri, dərman istifadə etməyənlərin isə 80 faizi sağ qalıb. 

 

Qripə yoluxmuş siçanlar iki gün yuxuya gedib, ayılandan sonra antibiotik verilən siçanların ciyərlərində 5 dəfədən artıq virus aşkar olunub. 

 

Tədqiqatçılar bu nəticədən sonra bildiriblər ki, qripin yüngül hallarında və ya həkim məsləhəti olmadan antibotik qəbul etmək insan həyatını sonlandıra bilər. Antibiotik istifadəsi immun sisteminin zəifləməsinə, orqan çatışmazlığına və ya ölümə səbəb olduğu üçün elə qrip infeksiyası qədər təhlükəlidir. Antibiotiklər qripin ilkin mərhələsində orqanizmin müqavimətini də məhv edir. 

 

Araşdırmanın baş tədqiqatçısı Dr. Andreas Vack bildirib ki, bağırsaqda olan bakteriyalar və immun sistemi ağciyərləri bürüyən viruslarla mübarizə aparır və onları məhv edir. Antibiotik istifadəsi həmin faydalı bakteriyaları məhv etməklə yanaşı, orqanizmi bəzi faydalı viruslara qarşı müdafiəsiz hala gətirir.

Müəllif: Ayna.az      4 İyul 2019 08:38
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin