Ukrayna Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Ukrayna Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub -   FOTOLAR

Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub. AYNA Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

 

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

 

Bunda sonra İlham Əliyevin və Vladimir Zelenskinin təkbətək görüşü olub.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      17 Dekabr 2019 11:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin