Sumqayıtda ağır qəza: Həlak olanlar var

Sumqayıtda ağır qəza: Həlak olanlar var

İki nəfərin meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin, 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      17 Dekabr 2019 10:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin