Çində mədəndə partlayış: 14 şaxtaçı həlak olub

Çində mədəndə partlayış:     14 şaxtaçı həlak olub

Hadisə zamanı şaxtada 23 nəfər olub

 

Çində kömür mədənində partlayış olub.

 

AYNA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

 

Məlumata görə, hadisə Quyçjou vilayətində, Anlu rayonunda qeydə alınıb. Partlayış zamanı azı 14 şaxtaçı həlak olub. Qeyd edilir ki, daha 2 nəfər yerin altında qalıb.

 

Hadisə zamanı şaxtada 23 nəfər olub. Onlardan 7-i xilas edilib.

 

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

 

Hadisə yerinə yerli hakimiyyət orqanlarının, müxtəlif qurumların, həmçinin təcili xidmətlərin əməkdaşları gəlib. Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az      17 Dekabr 2019 08:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin