Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib - FOTOLAR

Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib -     FOTOLAR

"Nəcəf Nəcəfov hər zaman Azərbaycan jurnalsitikasının vicdanı kimi tanınıb"

 

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən "Kino evi"ndə müasir Azərbaycan jurnalistikasının banilərindən hesab edilən jurnalist və ictimai-siyasi xadim Nəcəf Nəcəfovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. 

 

AYNA xəbər verir ki, tədbir çərçivəsində Nəcəf Nəcəfova həsr olunmuş sənədli filmlər, eləcə də "Aran" Fillm Yaradıcılıq Mərkəzinin yeni istehsal etdiyi "Vətəndaş Nəcəfov" sənədli filmindən fraqmentlər nümayiş olunub.

 

Tədbirdə mərhumun yaxın dostları Arif Əliyev, Sabit Bağırov, Şahin Hacıyev, Hikmət Hacızadə, İsrail Musayev, Mehman Əliyev, o cümlədən əməkdar jurnalist Qulu Məhərrəmli iştirak edib və onun xatirəsini dərin hörmətlə yad ediblər. 

 

Tədbirin təşkilatçılarından biri olan, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev tədbir haqqında öz təəssüratlarını bölüşüb: "Sabah Nəcəf Nəcəfovun ölümündən 20 il keçir. Jurnalistikanın dirçəlişinə ümid yarandığı bir dövrdə, biz onun sözlərinə yenidən qayıtmağa ehtiyac hiss edirik. Bu tədbir həm də simvolik xarakter daşıyır. Çünki Nəcəf Nəcəfov hər zaman Azərbaycan jurnalsitikasının vicdanı kimi tanınıb və müasir Azərbaycan mediasının əsasını qoyan şəxslərin ən öndə gedənlərindən biri olub".

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      16 Dekabr 2019 23:40
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin