Kinoteatrlar şəbəkəsi vəd edir - Filmə bax, hədiyyə qazan

Kinoteatrlar şəbəkəsi vəd edir -      Filmə bax, hədiyyə qazan

“CinemaPlus” sürpriz hədiyyələr vəd edir


Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” 17 dekabr tarixində öz ad gününü qeyd edir. AYNA xəbər verir ki, hər il olduğu kimi bu il də kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır. 

 

Belə ki, 17 dekabr tarixində “Qış nağılı”, “ŞaBaş” və ya “Jumanji: Yeni mərhələ” filmlərinə bilet əldə edənlər zalda gizlədilmiş hədiyyələri almaq şansı qazanacaqlar. Hədiyyələr isə qeyd olunan filmlərin günboyu “28 Mall”, “Ganjlik Mall” və “Azerbaijan Cinema” filiallarında nümayiş olunan seanslarında veriləcək.

                                                                                                                                       
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman tamaşaçılarına xoş sürprizlər etmək,  kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə və həqiqətən ailəniz, dostlarınız və yaxınlarınızla vaxt keçirə biləcəyiniz sevimli istirahət məkanı olmağa hazırdır.

Müəllif: Ayna.az      16 Dekabr 2019 22:50
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin