Bakı-Sumqayıt yolundakı əzaba niyə son qoyulmur – VİDEO

Bakı-Sumqayıt yolundakı əzaba niyə son qoyulmur –     VİDEO

Tıxacın başlıca səbəblərindən biri də sürücülərin zolaqlar üzrə düzgün yerləşməmələridir

 

Bakı-Sumqayıt yolunda yaranan tıxacdan narazılıqlar artır. Sürücülər hər gün eyni mənzərə ilə qarşılaşırlar. Lakin tıxacın nəyə görə yarandığı analiz edimir.

 

Avtosfer.az-ın araşdırmasına görə, tıxacın başlıca səbəblərindən biri də sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir. Həmin yolun 3 zolaq olan hissəsində sürücülər 6 zolaq üzrə hərəkət edərək sıxlıq yaradırlar.

 

Üzü şəhər istiqamətində hərəkət edərkən 6 zolaqlı yolun sol tərəfdən 3 zolağı düzünə - şəhər istiqamətinə, digər 3 zolaq isə sağa-avtovağzal istiqamətinə təşkil edilib. Sürücüləri məlumatlandırmaq üçün öncədən zolaqlarda hərəkət istiqamətini bildirən 5.8.1 nişanları da təmin edilib. Lakin sürücülər həm bu nişanın, həm də asfaltın üzərinə çəkilmiş 1.11 nişanlanma xəttinin tələbini pozaraq sağdan sola manevr edib tıxac yaradırlar.

 

Həmin ərazidən çəkilmiş videogörüntü də buna sübutdur. Aydın şəkildə görünür ki, yolun 6 zolaq olan hissəsində hərəkət dayanıb. Lakin 1.11 xətti bitib 3 zolağa keçən hissədə heç bir tıxac yoxdur. Buradan sual yaranır: Nəyə görə 6 zolaq olan yolda hərəkət dayanır, amma 3 zolaq olan yolda sərbəst hərəkət var?

 

“Ekologiya postu”nun əməkdaşları həmin ərazidə sürücülərə qarşı heç bir tədbir görmədiyi üçün sürücülər bu nəzarətsizlikdən sui-istifadə edib qaydaları pozurlar. Nəticədə isə yüzlərlə sürücü bundan əziyyət çəkir.

 

Qeyd edək ki, ərazidə təhlükəsiz şəhər kameraları da quraşdırılıb. Həmin xüsusi texniki vasitələrlə də sürücülər elektron qaydada cərimələnə bilər.

Müəllif: Ayna.az      16 Dekabr 2019 20:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin