Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Şagirdlərdən xəsarət olan yoxdur”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Şagirdlərdən xəsarət olan yoxdur”

Hadisə nəticəsində mərkəzin direktor müavini xəsarət alaraq xəstəxanaya aparılıb

 

Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə 16 dekabr 2019-cu il tarixdə saat 10:15 radələrində qeydə alınıb.

 

“Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra Nərgiz Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur”, - deyə BŞTİ bildirir.

 

Qeyd olunur ki, hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib: “Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.

Müəllif: Ayna.az      16 Dekabr 2019 14:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin