Qaradağdakı partlayış barədə rəsmi açıqlama

Qaradağdakı partlayış barədə rəsmi açıqlama

Bir nəfər müəllim sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib

 

Qaradağ rayonu, Lökbatan qəsəbəsində partlayış baş verib. Hadisə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində qeydə alınıb.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Partlayışla bağlı Təcili Tibbi Yardım Xidmətinə saat 10:14-də məlumat daxil olub.

 

Hadisə yerinə 3 Təcili Tibbi Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

 

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

Müəllif: Ayna.az      16 Dekabr 2019 13:30
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin