Əsas səhifə Haqqımızda Xəbər lenti

Qida Təhlükəsizliyi Agentliyi saxtakarlıq faktı aşkarlayıb

Qida Təhlükəsizliyi Agentliyi saxtakarlıq faktı aşkarlayıb

AQTA əməkdaşları “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını ortaya çıxarıblar

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) “İnvest-Plus” MMC şirkəti tərəfindən, “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (bundan sonra - BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində müraciət daxil olub. Həmin müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına təqdim olunub.

 

AQTA-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib. Lakin 19.11.2019-cu il tarixində “Foden” nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Müəllif: Ayna.az      16 Dekabr 2019 12:53
Hadisə bölməsinə aid digər xəbərlər
8 Mart
00:02
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
7 Mart
22:52
Ürkək bayram planları: Qapanma geri qayıdarsa...
7 Mart
21:36
Tanımadığımız həmyerlimiz - Osmanlının məşhur həkimi Mahmud Şirvani...
7 Mart
18:37
Səkkizinci gün: Fərqli şərtlər altında qadınlar bayramı
7 Mart
14:39
Azərbaycanda COVID-19-a sutkalıq yoluxma daha da çoxaldı
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin