Gömrükçülərə yalan danışan şəxs ifşa olunub

Gömrükçülərə yalan danışan şəxs ifşa olunub

Avtomobildə xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda, Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Yoxlama zamanı avtomobilin salonunda - yan örtüklərin içərisində gömrük nəzarətindən gizlədilən 4500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      16 Dekabr 2019 11:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin