Rusiyada anbarda güclü yanğın

Rusiyada anbarda güclü yanğın

Güclü yanğın nəticəsində anbarın damı çöküb

 

Rusiyanın Novosibirsk vilayətinin Dovolenski rayonunda tekstil materialların saxlanıldığı anbarda güclü yanğın baş verib.

 

AYNA APA-ya istinadən xəbər verir ki, anbarın 2,1 min kvadrat metr sahəsi yanıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, Dovolnoye qəsəbəsinin Raboçaya küçəsində qeydə alınan güclü yanğın nəticəsində anbarın damı çöküb.

 

Yanğının söndürülməsinə 22 nəfər yanğınsöndürən, 8 ədəd texnika cəlb olunub.

Müəllif: Ayna.az      16 Dekabr 2019 00:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin