Rusiyada ağır yol qəzası: xəsarət alanlar var

Rusiyada ağır yol qəzası:     xəsarət alanlar var

Yaralılardan bəzilərinə tibbi yardım göstərilib

 

Rusiyada ağır yol qəzası baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.

 

Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.

 

Qeyd edilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.

 

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.

Müəllif: Ayna.az      15 Dekabr 2019 20:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin