Xalq artisti xəstəxanadan evə buraxılıb

Xalq artisti xəstəxanadan evə buraxılıb

Rəfael Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək

 

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb. 

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib. 

 

Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək.  

 

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Müəllif: Ayna.az      15 Dekabr 2019 18:53
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin