İtaliyada bomba həyəcanı: minlərlə insan təxliyyə olundu

İtaliyada bomba həyəcanı:     minlərlə insan təxliyyə olundu

Bomba tikinti işləri zamanı aşkarlanıb

 

İtaliyanın Brindizi şəhərində İkinci dünya müharibəsinə aid bomba tapılıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 54 min əhalisi təxliyyə olunub. Bunun üçün hüquq-mühafizə orqanlarının 1000-dək əməkdaşı və 250 nəfər könüllü iştirak ediblər.

 

Bomba “Andromeda” kinoteatrının ərazisinin genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı vasitə şəhər kənarına çıxarılaraq bazar ertəsi zərərsizləşdiriləcək.

Müəllif: Ayna.az      15 Dekabr 2019 16:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin