Nepalda avtobus qəzası: 14 nəfər ölüb

Nepalda avtobus qəzası:     14 nəfər ölüb

12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib

 

Nepalın mərkəzində baş verən avtobus qəzasında azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

 

“12 sərnişin hadisə yerində, iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər”.

 

Qeyd olunub ki, sərnişin daşıyan avtobus Nepalın populyar turizm bölgəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş. Avtobusda 32 nəfər olub.

 

Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

Müəllif: Ayna.az      15 Dekabr 2019 14:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin