İlon Mask kosmosa narkotik göndərir

İlon Mask kosmosa narkotik göndərir

Çətənə nümunələrinin 30 gün stansiyada qalacağı gözlənilir

 

"Space X" tərəfindən bir peyk kapsul ilə kosmik stansiyaya göndəriləcək çətənənin (marixuana) 2020-ci ilin mart ayında hədəfinə çatacağı gözlənilir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, "Space X"in rəhbəri İlon Mask  bu planın logistikasını təmin edir, lakin əsas fikir kənd təsərrüfatı texnologiyasında ixtisaslaşmış "Front Range Bioscities" şirkətinə  aiddir. Bu, şirkətin yeni apardığı tədqiqatının bir hissəsidir.

 

Məlumatda bildirilir ki, çətənə nümunələrinin (beynəlxalq adıyla “cannabis” növünün) 30 gün stansiyada qalacağı gözlənilir. Sonra nümunələr yenidən dünyaya geri göndəriləcəkdir. Nəticədə kosmik radiasiya və mikrocazibə qüvvəsinin çətənəyə təsiri araşdırılacaq.

 

"Nümunələrin kosmosda mutasiya edə biləcəyi nəzəriyyəsini dəstəkləmək üçün elmi məlumatlar toplayacağıq. Bu, dünyaya qayıdanda baş verəcək mutasiyaların təsirini davam etdirəcəyini öyrənmək üçün bir fürsətdir", - deyə  "Front Range Bioscites" şirkətinin baş direktoru Conatan Voz bildirib.

 

"Cannabis" - sənaye məqsədləri üçün istifadə olunan çətənənin bir növüdür. Bir çox məhsulda, hətta kağız, geyim və heyvan qida sənayesində istifadə edilə bilər.

 

Qeyd edək ki,  İ.Mask özü daha öncə komediya ustası Co Roganın verilişində marixuanadan istifadə edərkən görüntülənmişdi.

Müəllif: Raminə Eyvazqızı      15 Dekabr 2019 01:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin