Bazarda baş verən yanğın söndürülüb - FOTOLAR

Bazarda baş verən yanğın söndürülüb -   FOTOLAR

Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

 

Bakıda bazar yanır. Fövqəladə Hallar Nazirliyinindən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Xatırladaq ki, bir neçə gün öncə Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarının ərazisində yanğın baş vermişdi.

 

***

 

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə baş verən yanğın söndürülüb.

 

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      14 Dekabr 2019 18:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin