Çilidə matəm elan edilib

Çilidə matəm elan edilib

Ölkə üzrə bayraqlar endiriləcək

 

Çili hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin Antarktida istiqamətində uçan "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və sərnişinlərin vəfatı ilə əlaqədar dekabrın 14-i və 15-ini ölkədə matəm günləri elan edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, "Hökumət ölkənin Hərbi Hava Qüvvələrinin "Hercules C-130" təyyarəsində həlak olmuş 38 nəfərin xatirəsini yad etmək üçün ikigünlük matəmi elan edib", - deyə hökumətin mətbuat xidmətinin xəbərində bildirilir.

 

Qeyd edilir ki, həlak olanların əzizlərlərinə həmrəylik əlaməti olaraq bütün ölkə üzrə bayraqlar endiriləcək.

 

Çilinin Hərbi Hava Qüvvələrinin komandanı Alberto Merino daha əvvəl bildirib ki, "Hercules C-130" təyyarəsinin qalıqları Dreyk boğazında tapılıb. 

 

"Hercules C-130 "təyyarəsi Çilinin Punta-Arenas şəhərindən ölkənin Antarktidadakı bazasına uçurmuş.

Müəllif: Ayna.az      14 Dekabr 2019 09:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin