Bakıda 3 avtomobil toqquşub - FOTOLAR

Bakıda 3 avtomobil toqquşub -         FOTOLAR

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib

 

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, Əliyev Rəşad Musa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən avtomobildə nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini yol kənarında saxlayıb.

 

Daha sonra arxadan gələn və Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil digər “Mercedes”ə çırpılıb. Zərbənin gücündən “Mercedes” Cəfərov Azər Azad oğlunun idarə etdiyi “Kia” markalı nəqliyyat vasitəsinə dəyib.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə baş verən yolda tıxac yaranıb.

 

YPX əməkdaşları yolda tənzimləmə işləri aparıb. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az      14 Dekabr 2019 03:45
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin