Saakaşvilinin iqamətgahını hərracda satdılar

Saakaşvilinin iqamətgahını hərracda satdılar

Prezident iqamətgahı 2011-ci ildə tikilib

 

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb.

 

AYNA-nın TASS-a istinadən məlumatına görə, Mestiya qəsəbəsində yerləşən iqamətgah ilkin dəyərindən 308 faiz baha qiymətə satılıb. İqamətgahın yeni sahibi “Aiqvinis saxli” adlı özəl şirkətdir.

 

Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin ondan istifadə edib-etmədiyi məlum deyil. Çünki növbəti ildə onun partiyası parlament seçkilərində uduzmuş və daha sonra onun öz prezidentlik müddəti bitmişdi.

Müəllif: Ayna.az      14 Dekabr 2019 02:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin